• cümə, 26 Aprel, 18:46
  • Baku Bakı 22°C

Azərbaycan prezidenti qırğızıstanlı həmkarına başsağlığı verib

16.01.17 13:14 1037
Azərbaycan prezidenti qırğızıstanlı həmkarına başsağlığı verib
Azərbaycan prezidentiİlham Əliyevqırğızıstanlı həmkarıAlmazbek Atambayevə başsağlığı verib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Hörmətli Almazbek Şarşenoviç, Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.
banner

Oxşar Xəbərlər