AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Azərbaycan Prezidenti Paşinyanın yalanlarını ifşa etdi”

“Azərbaycan Prezidenti Paşinyanın yalanlarını ifşa etdi”

Siyasət
17 Fevral 2020, 14:45 916
"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinynanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşü fonunda Qarabağda Azərbaycan hərbçisinin şəhid edilməsi əsasən erməni tərəfinin planlaşdırılan bir akt, danışıqlarının pozulmasına hesablanmış bir təxribat idi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərində kifayət qədər Sarkisyanın tərəfdarı olan hərbiçilər kök salıb, onlar əsasən bu danışıqlar mərhələsini pozmaq üçün bu kimi təxribatlara əl atırlar: "Danışıqların pozulması Paşinynanın da marağındadı. Onun panel dialoqunda tezisləri nizamlanma prosesinin pozulmasına xidmət edirdi. Bu açıq dailoqda danışıqların mahiyyətinin dəyişərək Paşinyan tarixə ekurkursiya edərək öz daxili auditoreyası üçün danışdı. Prezident İlham Əliyev Paşinyana yüksək səviyyədə öz yerini göstərdi və erməni liderinin nə qədər diledant olduğunu sübut etdirdi”.
Politoloq qeyd edib ki, danışıqların bu çərçivədə aparılması birbaşa Yerevan tərəfindən danışıqların pozulmasına hesablanır: "Paşinyanı belə bir danışıqlarda manipulyasiya etməsinə imkan tanımaq lazım deyil. Necə ki, dövlət başçısı İlham Əliyev bunu ona etdi. Bütün yalan arqumentlərini ifşa etdi. Məhz erməni cəmiyyəti nə qədər öz liderlərinin populist olduğunun şahidi oldular”.