• cümə, 26 Aprel, 09:55
  • Baku Bakı 12°C

Azərbaycan prezidenti çexiyalı həmkarını təbrik edib

27.10.16 19:29 1001
Azərbaycan prezidenti çexiyalı həmkarını təbrik edib
Azərbaycan prezidentiİlham Əliyevçexiyalı həmkarı Miloş Zemanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab prezident, ölkənizin milli bayramı münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram”.
banner

Oxşar Xəbərlər