AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan ordusunun cəbhədə irəliləməsi bəzi ölkələri narahat edir - İordaniyalı general

Azərbaycan ordusunun cəbhədə irəliləməsi bəzi ölkələri narahat edir - İordaniyalı general

Cəmiyyət
28 Oktyabr 2020, 11:07 141
Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əhəmiyyətli dərəcədə irəliləməsi bəzi ölkələri narahat edir.
 
Bunu Trend-ə iordaniyalı hərbi ekspert, general-mayor Məmun Əbu Nəvvar deyib.
 
Onun sözlərinə görə, Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyü Qərb üçün, eləcə də ATƏT Minsk qrupunun həmsədr ölkələri üçün gözlənilməz oldu.
 
Ekspert əlavə edib ki, ATƏT Minsk qrupunun əsas missiyası Azərbaycan ərazilərinin işğalının aradan qaldırılması olsa da, bu struktur status-kvonun qorunması üçün əlindən gələni edir.