AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan hərbçiləri: “İşğal olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq” - VİDEO

Azərbaycan hərbçiləri: “İşğal olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq” - VİDEO

Cəmiyyət
25 Oktyabr 2020, 10:52 141
"Rəşadətli Azərbaycan Ordusu öz doğma torpaqlarını düşmən tapdağından azad edir".
 
APA-nın məlumatına görə, bunu Azərbaycan Ordusunun zabiti videomüraciətdə deyib.
 
"Böyük iftixar hissi ilə vurğulamaq istəyirəm ki, mən də zabit olaraq, hazırda Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirəm. Cənab Ali Baş komandanın vurğuladığı kimi, bütün işğal olunmuş torpaqlarda, kənd və şəhərlərdə, qəsəbələrdə Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanacaq. Yaşasın Azərbaycan Ordusu, yaşasın Cənab Ali baş Komandan. Qarabağ Azərbaycandır!" - deyə müraciətdə bildirilib.
 
"Sentyabrın 27-i başlayan döyüşlərdə mən və əsgər yoldaşlarım mətanət və cəsarətlə döyüşürük”.
 
Bunu isə Azərbaycan Ordusunun əsgəri videomüraciətdə deyib. O bildirib ki, nailiyyətlərimizin ardı-arası kəsilmir və düşmənin canlı qüvvələrini, texnikalarını, sursat və avtomaşınlarını məhv edirik: "Mən və əsgər yoldaşlarımın ruh yüksəkliyi günü-gündən daha artır. Cənab Ali Baş Komandan dediyi kimi, Qarabağ Azərbaycandır!”