Azərbaycan həkimlərinin fədakarlığından bəhs edən videoçarx hazırlanıb
Dünyanın hazırda bir nömrəli probleminə çevrilən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə Azərbaycan səhiyyə işçilərinin fədakarlığından bəhs edən videoçarx hazırlanıb.
Videoçarx Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən birgə hazırlanıb.