
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağı diplomatik hədəfinə nail olmağı bacardı - Deputat
Cəmiyyət
26 Noyabr 2020, 17:45
213
Azərbaycan dövlətinin ötən illər ərzində xarici siyasətinin ən mühüm hədəflərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv beynəlxalq ictimai rəyin formalaşdırılması olub. Vətən müharibəsinin gedişində baş verən proseslər göstərdi ki, biz bu hədəfə nail olmuşuq.
Bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
O qeyd edb ki, bəzi aparıcı ölkələrin, xüsusilə Avropa dövlətlərinin bir neçəsinin Azərbaycana qarşı daim qərəzli münasibətinə, ermənipərəst siyasət yürütməsinə baxmayaraq, bütün dünya Dağlıq Qarabağ bölgəsinin beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsi olması faktını qəbul edir:
Deputat xatırladıb ki, ötən müddətdə BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın bu mövqeyini təsdiq edən sənədlər qəbul olunub ki, bu da Azərbaycanın ədalətli mövqeyinin dünya tərəfindən etiraf edilməsi demək idi".
"Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerinin möhkəmləndirməyə nail olub. Eyni zamanda, erməni lobbisi və diasporunun uzun illər ərzində Dağlıq Qarabağ mövzusu ətrafında formalaşdırdığı mif dağıdılıb.
Azərbaycan həm informasiya müharibəsində, həm beynəlxalq ictimai rəyin formalaşdırılmasında, həm də qlobal güclərin regionda maraqlarının uzlaşdırılmasında, daha dəqiq ifadə etsək, bu maraqların Azərbaycanın milli mənafelərinə mümkün mənfi təsirlərinin neytrallaşdırılmasında çox ciddi uğurlar qazandı. Şübhəsiz ki, müharibədə ölkənin iqtisadi və hərbi potensialı mühüm amillərdir. Lakin geosiyasi şərait digər amillərdən heç də az əhəmiyyət kəsb etmir. Bu mənada, hesab edirəm ki, cənab Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycan bütün bu amillərin harmoniyasına yarada, tarixi situasiyanı, geosiyasi, hərbi, iqtisadi reallıqları düzgün qiymətləndirə bildi”.
Deputat Azərbaycanın Vətən müharibəsində qələbəsinin məhz bu amillər sayəsində mümkün olduğunu vurğulayıb.
Digər xəbərlər