• cümə, 29 Mart, 00:05
  • Baku Bakı 7°C

AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək

23.07.19 20:39 15921
AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək
"Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək.
Trend-in məlumatına görə, donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, "Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb.
Beləliklə, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.
Bakı-Nyu-York reysləri ("JFK” hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu "Boeing 787 Dreamliner” təyyarələri ilə yerinə yetiriləcək.
banner

Oxşar Xəbərlər