• şənbə, 27 Aprel, 07:03
  • Baku Bakı 12°C

AZAL 159 Azərbaycan vətəndaşını Daşkənddən Vətənə çatdırıb

16.07.20 21:58 558
AZAL 159 Azərbaycan vətəndaşını Daşkənddən Vətənə çatdırıb
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 16-da axşam saatlarında Daşkənddən 159 Azərbaycan vətəndaşı ilə çarter reysi yerinə yetirib.
AZAL-danAPA-ya verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb.
Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀
Məlumat üçün bildirək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.
banner

Oxşar Xəbərlər