• şənbə, 27 Aprel, 04:08
  • Baku Bakı 14°C

Azad olunmuş ərazilərdə modul tipli yataqxanalar quraşdırılır

09.04.21 13:30 720
Azad olunmuş ərazilərdə modul tipli yataqxanalar quraşdırılır
İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, sosial-məişət şəraiti və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər çərçivəsində modul tipli yataqxanaların quraşdırılması prosesi həyata keçirilir.
Müdafiə NazirliyindənAPA-ya verilən məlumata görə, şəxsi heyətin səhra şəraitində kompakt yerləşdirilməsi üçün nəzərdə tutulan, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilən bu modul tipli yataqxanalarda bütün infrastruktur yaradılıb. Elektrik, su və qaz xətləri çəkilən yataqxanalar tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə təmin olunub.
Bu istiqamətdə müvafiq tədbirlər planlı şəkildə davam etdirilir.
banner

Oxşar Xəbərlər