Avropada Türkiyə ilə bağlı ikitirəlik
Avropa-Türkiyə qarşıdurması gərgin mərhələyə daxil olmaqdadır. Türkiyədəki
referendum və kürd separatçılarına qarşı son əməliyyatlardan sonra Avropa
İttifaqı, eləcə də, Avropa Şurası Parlament Assambleyası Türkiyəyə qarşı sərt
bəyanatlar səsləndirməkdə davam edir. AŞ PA-nın Türkiyənin monitorinq altındakı
öılkə statusuna salınması barədə qərarı isə Avropa ailəsində bir növ ikitirəlik
yaradıb. Bir sıra ölkələr antitürkiyə mövqe tutduğu halda, bəziləri Türkiyəyə
qarşı sərt mövqenin yaxşı heç nə vəd etmədiyi qənaətindədirlər. Məsələn,
Yunanıstanın xarici işlər nazirinin Avropa məsələləri üzrə müaviniYorgos
Katrunqalos Türkiyə ilə Aİ arasında üzvlük müzakirələrinin dayandırılması
məsələsindən bəzi Avropa ölkələrində daxili siyasiməqsədləri
üçünistifadə edildiyinə diqqət çəkib. O, Türkiyə və Avropa
İttifaqıarasındakı münasibətləri "qol güləşi”nə bənzədib: "Müzakirələrin
dayandırılması yalnız Türkiyə üçün deyil, yaxşı qonşuluq münasibətləri və
regiondakı proseslərin normallaşma məsələsi baxımından da səhv addım olacaq.
"Macarıstan Türkiyəni Avropa İttifaqı üçün vacib tərəfkeş sayır və
Avropanın təhlükəsizliyinin Türkiyədəki sabitlikdən başladığını hesab edir”.
Bunu isə Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa İttifaqına üzv
dövlətlərin XİN başçılarının Türkiyə ilə münasibətlərlə bağlı qeyri-rəsmi
görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib. "Avropa İttifaqının
miqrasiya müqaviləsi bağlamaqla öz təhlükəsizliyini Türkiyəyə həvalə etdiyini
unutmayaq. Bu müqavilə işləməsə, o zaman yüz minlərlə, bəlkə də milyonlarla
miqrant Balkanın qərbi ilə Avropa İttifaqı ərazisinə gələcək. Avropanın
təhlükəsizliyi Türkiyədəki sabitlikdən başlayır. Türkiyədə sabitlik bütövlükdə
Avropa İttifaqının maraqlarına xidmət edir. Türkiyədə sabitliyə zərbə vuracaq addımlardan
qaçmaq lazımdır”, - deyə nazir vurğulayıb.Qeyd edək ki, Macarıstan baş
naziri Viktor Orban Avropa Parlamentində etdiyi çıxışından sonra keçirdiyi
mətbuat konfransında "Türkiyədə sabitlik olmasa, hamımızın başı ağrıyar”
ifadəsini işlətmişdi.
Türkiyə rəsmiləri isə daha sərt mövqe ortaya qoyublar. Prezident Rəcəb
Tayyib Ərdoğan AŞ PA qərarının tamamilə siyasi olduğunu qeyd edərək: "Bu qərarı
tanımırıq” deyib. O bildirib ki, Türkiyədemokratik və hüquq dövlətdir və
bu məsələdəki qərarlılığını 15 iyulda isbat edib: "Türk milləti
azadiradəsiylə öz seçimini edib. Hər kəs buna hörmət göstərməlidir.
Söhbət Türkiyəyə gələndə, simasızlıqda sərhəd tanımayanlardan zatən ədalət
gözləmirik. Amma heç olmazsa, öz qoyduqları qaydalara bir az hörmət
göstərmələrini arzulamaq haqqımızın olduğunu düşünürəm. BunlarFransa
fövqəladə vəziyyət rejimində seçkiyə gedəndə səs çıxarmır, ancaqçevriliş
cəhdinin ardınca Türkiyə eynisini edəndə, bizi monitorinq altına alır. Ayıbdır.
Tarixən böyük hakimdir. Bu günlər gəlibkeçəcək, ancaq hər kəsin
doğruları vəyanlışları bir ibrət olaraqortada qalacaq. Biz Türkiyəolaraq,
doğru bildiyimiz yolda qərarlılıqla irəliləyəcəyik”.
Xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, "AŞ PA-nınqərarına
qarşılazımlıaddımlaratılacaq”. O, AŞ PA-nın büdcəsinə ən çox
dayaq olan (grand payeur) ölkələrdən birinin Türkiyə olduğunu ifadə edərək,
bunu ən aşağı səviyyəyə endirəcəklərini bildirib: "Qərar qarşısında
izləyəcəyimiz bir çox yol var. AŞ PA peşman olacaq. Monitorinq qərarı
tamamən siyasidir”. Türkiyə-Avropa İttifaqı əlaqələrinə də toxunan xarici işlər
naziri Türkiyənin, Aİ-nin rəftarından narahat olduğunu ifadə edərək: "Avropa
İttifaqı Türkiyə ilə əlaqəli qərar qəbul etməlidir. Bizi təhdid etməklə heç nə
əldə edilə bilməyəcəyini idrak etməlidir. Türkiyə İttifaqa üzvlük mövzusunu
referenduma çıxarabilər. Belə bir referendumun nəticəsinin də nə olacağı
aydındır. Çünki Avropa İttifaqı nə bizi qəbul etmək istəyir, nə də tamamən rədd
edir. Almaniya və Fransa da üzvlüyümüzə müsbət yanaşmır”.
Baş nazirin müavini Numan Kurtulmuş da "Bu, təəssüf ki, irqçi,
faşist, Türkiyənin, İslamın əleyhinə olan kampaniyanın nəticəsidir. Tamamilə
siyasi qərardır”, - deyə qeyd edib.
Azər