• cümə, 26 Aprel, 19:21
  • Baku Bakı 22°C

“Atama məktub”un nümayişi başladı

29.07.16 11:27 1305
“Atama məktub”un nümayişi başladı
Bu gün yerli televiziyalarda "Atama məktub” adlı sosial çarxın nümayişi başlanılacaq. Filmdə atası milli qəhrəman olan məktəbli qızın hisslərindən bəhs olunur, onun tez-tez atasına məktub yazıb Şəhidlər Xiyabanına aparması təsvir edilir.
"İnkişafa Doğru İnteqrasiya” İB tərəfindən çəkilən sosial çarxı gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində təşəbbüs kimi qiymətləndirmək olar. Qeyd edək ki, "Atama məktub” çarxı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Hərbi vətənpərvərlik mövzusunda sosial çarxın çəkilməsi” layihəsi çərçivəsində hazırlanıb. Layihənin məqsədi Azərbaycanın milli rəmzlərini təbliğ etmək, gənclərdə Azərbaycan xalqına və dövlətinə sədaqətlə xidmət etmək, daima vətən qarşısında borcunu yerinə yetirməyə hazır olmaq, vətənə və dövlətə münasibətdə qürur hissinin formalaşdırılmasına nail olmaq üçün təbliğatın aparılmasıdır.
Çarxın bu gündən etibarən İctimai Televiziyanın efirində nümayişinin başlayıb. Video həmçinin Park Bulvar AVM-in monitorlarında da nümayiş etdiriləcək.



banner

Oxşar Xəbərlər