• cümə, 26 Aprel, 20:18
  • Baku Bakı 22°C

AMEA həqiqi və müxbir üzvlüyə seçkilər elan edib

14.12.16 17:55 1495
AMEA həqiqi və müxbir üzvlüyə seçkilər elan edib
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bəzi ixtisaslar üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə vakant yerlərə seçkilər elan edib. AMEA-danAPA-ya verilən xəbərə görə, seçkilər nəticəsində 20 ixtisas üzrə 11 həqiqi üzv, 17 müxbir üzv seçiləcək.
Qeyd olunub ki, AMEA-nın həqiqi üzvləri (akademikləri) Azərbaycanın vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdrən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından, AMEA-nın müxbir üzvləri isə elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan vətəndaşları sırasından seçilirlər.İxtisaslar üzrə akademiyanın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi şuraları AMEA-nın həqiqi və ya müxbir üzvlüyünə namizədlər irəli sürmək hüququna malikdir.
AMEA üzvlüyünə irəli sürülən namizədlərin sənədləri seçkilər haqqında mətbuatda elan dərc edildiyi gündən etibarən 30 gün müddətində AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış Komissiyaya təqdim edilməlidir. Sənədlər hər gün saat 10:00-dan 17:00-dək (şənbə və bazar günləri istisna olmaqla) AMEA-nın əsas binasında qəbul edilir.
banner

Oxşar Xəbərlər