AZE | RUS | ENG |


Aleksandr Novak: Rusiya Vyana sazişi çərçivəsində götürdüyü öhdəliyə tam əməl edib

Aleksandr Novak: Rusiya Vyana sazişi çərçivəsində götürdüyü öhdəliyə tam əməl edib
Rusiya Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri ilə xam neft hasilatının azaldılması üzrə Vyana sazişi çərçivəsində götürdüyü öhdəliyə 100 faiz əməl edib.

AZƏRTAC "ria.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Nazir bildirib ki, Rusiya götürdüyü öhdəliyi tam yerinə yetirib və sutkalıq hasilatını 300 min barrel azaldıb.

Qeyd edək ki, OPEC-in Monitorinq Komitəsinin növbəti görüşünün mayın 25-də keçirilməsi planlaşdırılır. Həmin görüşdə neft hasilatının azaldılması üzrə müqavilənin müddətinin daha 6 ay və ya daha uzun müddətə uzadılması barədə qərar qəbul edilməsi gözlənilir. İlkin müqavilənin müddəti isə ilin birinci yarısınadək idi.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7081
GBP 1 İngilis funt sterlinqi 2.2084
TRY 1 Türk lirəsi 0.4757
KWD 1 Küveyt dinarı 5.6114
SEK 1 İsveç kronu 0.1953
EUR 1 Avro 1.9029
CHF 1 İsveçrə frankı 1.7439
USD 1 ABŞ dolları 1.7021