Aİ və Azərbaycan statistika sahəsində daha bir layihə həyata keçirir
Avropa İttifaqı (Aİ) və Azərbaycan statistika sahəsində daha bir layihə həyata keçirir. Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
"Azərbaycan Dövlət Statistika Komitəsinə milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması üzrə Dəstək" tviniq-layihəsinin yekunlaşması münasibətilə keçirilən tədbirə qatılan nümayəndə bildirib ki, bu layihə Azərbaycanın milli statistika sisteminin Avropa standartlarına yaxınlaşmasına kömək etdi.
O qeyd edib ki, Aİ iqtisadiyyatın diversifikasiyası və yol xəritələrinin realizəsi üçün etibarlı və kompleks statistik sistem işində uğurlara nail olmaq üçün bundan sonra da Azərbaycana dəstək göstərməyə hazırdır.