• cümə, 26 Aprel, 21:20
  • Baku Bakı 22°C

Aİ qaçqınları geri qəbul etməyən ölkələrin hakim elitasına viza verməyəcək

29.10.17 14:30 646
Aİ qaçqınları geri qəbul etməyən ölkələrin hakim elitasına viza verməyəcək
Avropa İttifaqıqaçqınları geri qəbul etməyən ölkələrə təzyiqi artırmaq barədə qərar qəbul edib.

APA-nın məlumatına görə, bu barədə Avropa Komissiyasına istinadən Almaniyanın "Welt am Sonntag” qəzeti məlumat yayıb.

Avropa İttifaqıərazisində sığınacaq verilməkdən imtina edilən miqrantların mənsub olduğu ölkələrin hakim elitası təzyiqə məruz qalacaq. Başqa sözlə, həmin ölkələrin hakim elitasına Şengen zonasına səfər etmək üçün viza almalarına icazə verilməyəcək.

Avropa İttifaqıilk olaraq Banqladeşə qarşı bu mexanizmi tətbiq edib. Bir sıra Afrika və Asiya ölkələrinin vətəndaşları qeyri-qanuni olaraq əsasən Liviya və Aralıq dənizi üzərindən İtaliya başda olmaqla, Avropa ölkələrinə keçməyə çalışır.
banner

Oxşar Xəbərlər