AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb

Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb

Siyasət
03 İyun 2020, 18:26 395
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədidə "ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
APA xəbər verir ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat veriblər.
Dövlətimizin başçısı mərkəzin açılışını edib.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb.