• cümə, 26 Aprel, 18:05
  • Baku Bakı 22°C

ABŞ Prezidentinin qardaşı vəfat edib

16.08.20 13:45 835
ABŞ Prezidentinin qardaşı vəfat edib
ABŞ Prezidenti Donald Tramp kiçik qardaşı Robert Trampın şənbə günü vəfat etdiyini bildirib.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatı Ağ evin mətbuat xidməti yayıb. "O, sadəcə mənim qardaşım deyil, ən yaxşı dostum idi. Onun xatirəsi daim qəlbimdə yaşayacaq. Robert, mən səni sevirəm”, - deyə ABŞ lideri bildirib.
Donald Tramp cümə günü kiçik qardaşını Nyu-Yorkda xəstəxanada ziyarət edib.
Daha əvvəl NBC telekanalı 71 yaşlı Robert Trampın ağır xəstəliklə xəstəxanaya yerləşdirildiyi barədə məlumat yaymışdı. Lakin mənbələr onun səhhətində hansı problemin olduğunu bildirməyib. Donald Tramp, öz növbəsində, Robertin "çətin dövr” yaşadığını, eyni zamanda, onun sağalacağına ümid etdiyini demişdi.
banner

Oxşar Xəbərlər