• cümə, 26 Aprel, 12:29
  • Baku Bakı 23°C

ABŞ prezidenti Asiya turnesinin əsas məsələlərini açıqlayıb

05.11.17 13:22 712
ABŞ prezidenti Asiya turnesinin əsas məsələlərini açıqlayıb
ABŞ prezidenti Donald Tramp Asiya turnesi zamanı əsasən ticarət məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib.
"Biz diqqətimizi Şimali Koreyaya yönəldəcəyik. Amma əsas diqqətimiz daha çox ədalətli ticarət məsələlərinə yönəldiləcək. Bu mənim üçün çox mühümdür”, - deyə D.Tramp Yaponiyaya səfər öncəsi jurnalistlərə bildirib.
Qeyd edək ABŞ prezidenti bu gün Yaponiyaya, 6-7 noyabr tarixlərində Cənubi Koreyaya, noyabrın 8-də Çinə, noyabrın 10-da Vyetnama səfər edəcək. Asiya turnesi 12-14 noyabr tarixlərində Filippinə səfərlə başa çatacaq.
banner

Oxşar Xəbərlər