• cümə, 26 Aprel, 15:01
  • Baku Bakı 23°C

“ABŞ-ın danışıqlarla bağlı çağırışları sadəcə söz naminədir”

24.06.20 16:00 498
“ABŞ-ın danışıqlarla bağlı çağırışları sadəcə söz naminədir”
İran Prezidenti Həsən Ruhani müəyyən şərtlərlə rəsmi Tehranın Vaşinqtonla danışıqlara başlaya biləcəyini deyib.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Həsən Ruhani bu barədə televiziyada çıxışı zamanı bildirib.
"Vaşinqton üzr istəyib nüvə sazişinə dair öhdəliklərini yerinə yetirərsə və 2015-ci il müqaviləsindən çıxmasına görə Tehrana kompensasiya ödəyərsə, o zaman ABŞ-la danışıqlar aparmaqla bağlı heç bir problemimiz qalmaz”, - deyə H. Ruhani qeyd edib.
İran Prezidenti vurğulayıb ki, ABŞ-ın Tehrana danışıqlarla bağlı çağırışları sadəcə söz naminədir və yalandır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planından çıxıb və İrana qarşı yenidən sanksiyalar tətbiq edib.
banner

Oxşar Xəbərlər