• cümə, 26 Aprel, 13:48
  • Baku Bakı 23°C

“Ağ Yol” Vətəndaş Hərəkatı yeni internet kampaniyaya start verib

30.09.13 15:14 1391
“Ağ Yol” Vətəndaş Hərəkatı yeni internet kampaniyaya start verib
“Ağ Yol” Vətəndaş Hərəkatı yeni bir internet kampaniyaya start verib. "Profil və Örtük şəklinizi "Davam" posterinə dəyişin" adlı kampaniya Facebook sosial şəbəkəsi üzərindən həyata keçirilir.
Qeyd edək ki, “Ağ Yol” Vətəndaş Hərəkatı “Prezidentin 20 ən böyük uğuru” kampaniyası çərçivəsində gerçəkləşdirilən “Xalq “DAVAM” deyir!” təşəbbüsü ilə artıq 12 uğur posteri hazırlayıb və paylaşıb. “Davam” adlı altı ədəd video-çarx hazırlanaraq seçicilərə təqdim edilib.
Yeni kampaniya isə Facebook sosial şəbəkəsində olan bir milyondan çox istifadəçiyə ünvanlanıb. Kampaniya çərçivəsində hazırlanan “Davam” Facebook örtük şəkli və “Davam” Facebook profil şəkli hazırlanıb. Artıq Facebook istifadəçiləri “Davam” örtük və profil şəklini tətbiq etməyə başlayıblar.
“Ağ Yol” Vətəndaş Hərəkatı əmindir ki, xalq prezidentliyə namizəd, hazırkı prezident İlham Əliyevə “DAVAM” deyir. Buna görə də bütün Facebook istifadəçilərinə müraciət edərək onları "Profil və Örtük şəklinizi "Davam" posterinə dəyişin" adlı kampaniyaya fəal şəkildə qoşulmağa dəvət edir. “Ağ Yol” Vətəndaş Hərəkatı inanır ki, bu kampaniya vasitəsilə Facebook istifadəçilərinin 80%-dən çoxunun dəstəyini qazana biləcək.
banner

Oxşar Xəbərlər