• cümə, 26 Aprel, 13:09
  • Baku Bakı 23°C

5000 hərbçi, 300 texnika, 100 təyyarə, 40 gəmi

25.06.13 15:37 1275
5000 hərbçi, 300 texnika, 100 təyyarə, 40 gəmi
Müdafiə Nazirliyi sabah keçiriləcək hərbi paradla bağlı rəsmni məlumat yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun Lent.az-a verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Azadlıq Meydanında keçiriləcək hərbi paradda 5000-dən çox şəxsi heyətin iştirakı nəzərdə tutulur.
Son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunacaq.
Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Hərbi paradın hazır vəziyyətdə olması barədə raportu müdafiə naziri general-polkovnik Səfər Əbiyev verəcək.
banner

Oxşar Xəbərlər