AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10-a çatdı

Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10-a çatdı

Cəmiyyət
12 Oktyabr 2020, 17:47 770

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olmuş, 35 nəfər yaralanmış, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəymişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğun Mətbuat xidmətindən dərin təəssüf hissi ilə Trend-ə bildirilib ki, 12.10.2020-ci il tarixdə yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat etmişdir.

Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.