• çərşənbə, 08 May, 04:09
  • Baku Bakı 13°C

Gürcüstana səfər edən turistlər arasında azərbaycanlılar liderliyini qorumaqdadır

03.07.17 15:55 1325
Gürcüstana səfər edən turistlər arasında azərbaycanlılar liderliyini qorumaqdadır
2017-ci ilin ilk 6 ayı ərzində Gürcüstana səfər edənlər arasında Azərbaycan vətəndaşları birinci yeri tutub.
Gürcüstanın Milli Turizm AdministrasiyasındanAPA-nın yerli bürosuna bildirilib ki, hesabat dövründə qonşu Gürcüstana 737 min 549 Azərbaycan vətəndaşı səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 7,4% çoxdur.
Məlumata əsasən, Azərbaycanla yanaşı Gürcüstana ən çox Ermənistan, Türkiyə, Rusiya və İran vətəndaşları səfər edir.
Administrasiyanın təqdim etdiyi rəqəmlərdən məlum olur ki, ümumilikdə 2017-ci ilin yanvar-iyun ayları ərzində Gürcüstana 1 milyon 309 min 982 turist səfər edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 29,1% artımdan xəbər verir.
Qeyd edilən dövr ərzində Gürcüstana 2 milyon 996 min 170 nəfər əcnəbi ziyarətçi səfər edib ki, bu da 2016-cı ilin analoji göstəricisindən 13,4% çoxdur.
2017-ci ilin təkcə iyun ayında isə Gürcüstana 666 min 493 nəfər turist səfər edib. Başqa sözlə, ötən ay qonşu ölkəyə 2016-cı ilin müvafiq ayı ilə müqayisədə 28,5% çox turist baş çəkib.
banner

Oxşar Xəbərlər