AZE | RUS | ENG |

Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
Xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən təbriklər gəlməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin təbrik edib.
Həmçinin xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edənlər arasında Milli Məclisin deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə də var.
Azərbaycanın Xalq Artisti Amaliya Pənahova da Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edib.
Xanım Mehriban Əliyevaya Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə "ARB Media Qrup”un İdarə Heyətinin sədri İsmət Səttarov da təbrik məktubu ünvanlayıb.
Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN