• bazar, 16 Iyun, 04:21
  • Baku Bakı 25°C

Tullantı sularından istifadə olunacaq

01.06.24 00:11 1339
Tullantı sularından istifadə olunacaq

Azərbaycanda tullantı sular təmizləndikdən sonra müəyyən kənd təsərrüfatı məhsullarının istehsalı üçün bioloji gübrə ilə qarışdırılıb istifadə oluna bilər.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf ofisinin (FCDO) maliyyələşdirdiyi "Gənc aqrosahibkarlar" layihəsinin açılış konfransında deyib. "Bununla da həm suya qənaət edərik, həm də kənd təsərrüfatı məhsuldarlığının artım göstəricisinə nail olarıq", - deyə M. Qənbərov bildirib. Onun sözlərinə görə, bunun üçün bütün rayonlarının kanalizasiya şəbəkələri mərkəzləşdirilmiş sistemlərə qoşulma standartlarına cavab verməlidirlər və burada formalaşan tullantı sular normativ daxilində təmizlənməlidir.

banner

Oxşar Xəbərlər