SOCAR-ın törəmə şirkətinin nizamnamə kapitalı kəskin artırılıb
![SOCAR-ın törəmə şirkətinin nizamnamə kapitalı kəskin artırılıb](https://www.kaspi.az/storage/posts/large/pkMEluit8XxnAvrHY2sjdrLimVySFo078pTGPJoy.jpg)
Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “SOCAR Midstream Operations” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.
“Report” xəbər verir ki, törəmə şirkətin kapitalı 1 000 manatdan 59 501 000 manata çatdırılıb.
Xatırladaq ki, “SOCAR Midstream Operations” 2014-cü ildə yaradılıb. Şirkət qurudakı neft və qaz ixrac boru kəmərlərində və obyektlərində Azərbaycanın strateji səhmdar hüququnu və maraqlarını təmsil edir.
![banner](/images/kaspibanner.jpg)