• şənbə, 20 Iyul, 14:05
  • Baku Bakı 32°C

SOCAR-ın prezidenti Pattabi Seşadri ilə görüşüb - FOTO

30.05.23 13:57 997
SOCAR-ın prezidenti Pattabi Seşadri ilə görüşüb - FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf mayın 30-da “Boston Consulting Group” şirkətinin (BCG) idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri ilə görüşüb.

Bu barədə SOCAR məlumat yayıb.

Görüşdə SOCAR ilə BCG şirkəti arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, BCG tərəfindən həyata keçirilən layihələr, o cümlədən rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər haqqında məlumat verilib.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ strategiyasından bəhs edilib, bu xüsusda müəssisələrdə rəqəmsal və innovativ texnologiyaların tətbiqinin prioritet istiqamətlər olaraq müəyyənləşdirildiyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin, enerji keçidi, dekarbonizasiya və rəqəmsallaşma sahələrində mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

banner

Oxşar Xəbərlər