• çərşənbə, 24 Iyul, 18:49
  • Baku Bakı 30°C

SOCAR -da “Abşeron”la bağlı müzakirə

02.09.23 00:00 2684
SOCAR -da “Abşeron”la bağlı müzakirə

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın “TotalEnergies” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi üzrə atılan addımları nəzərdən keçirib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, bu barədə SOCAR prezidenti Rövşən Nəcəfin “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyane ilə görüşündə bildirilib.

Görüşdə SOCAR ilə “TotalEnergies” şirkəti arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin ölkəmizin enerji təhlükəsizliyi və regionun iqtisadi inkişafı baxımından strateji əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində “Abşeron” qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) layihəsi üzrə qaz hasilatına başlanılmasının və bu münasibətlə təşkil olunan tədbirin tarixi əhəmiyyəti qeyd olunub. “Abşeron” yatağının tammiqyaslı işlənilməsinə dair Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilən tapşırıqları rəhbər tutaraq, bu istiqamətdə görüləcək işlər müzakirə edilib.

Görüşdə, həmçinin İHS layihəsi üzrə cari əməliyyatlar, texniki və texnoloji təhlükəsizlik sistemləri, habelə enerji sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.

Cari il avqustun 4-də SOCAR, “TotalEnergies” və ADNOC (Əbu-Dabi Milli Neft Şirkəti) şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 % iştirak payının satışı ilə bağlı saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti "Abşeron" yatağında 30 % iştirak payı əldə edəcək, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35 % təşkil edəcəkdir.

banner

Oxşar Xəbərlər