• çərşənbə, 24 Iyul, 18:35
  • Baku Bakı 30°C

Siyasi partiya hansı halda əmlak vergisinin ödəyicisi sayılmır?

30.05.23 22:00 1660
Siyasi partiya hansı halda əmlak vergisinin ödəyicisi sayılmır?

Balansında inzibati bina, nəqliyyat vasitələri, maşın və avadanlıqlar kimi əsas vəsaitlər olan, sahibkarlıq fəaliyyəti göstərməyən, üzvlük haqqı və dövlət yardımı ilə maliyyələşən siyasi partiya əmlak vergisi ödəməlidirmi?

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) əmlak vergisinin vergitutma obyektidir.

Eyni zamanda, “Siyasi partiyalar haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən, siyasi partiya – Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək məqsədilə bu Qanuna uyğun olaraq təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsi hesab edilir. Qanunun 12.1.12-ci maddəsinə əsasən, siyasi partiya bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.

Qanunun 12.2-ci maddəsinə əsasən, ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı istisna olmaqla, siyasi partiya sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz.

Qeyd olunanlara əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirməyən və qeyri-kommersiya hüquqi şəxs hesab olunan siyasi partiya müəssisə anlayışı ilə əhatə olunmadığından əmlak vergisinin ödəyicisi sayılmır.

Bununla yanaşı, siyasi partiya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda, həmin fəaliyyət üzrə istifadə olunan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmaqla dövlət büdcəsinə ödənilməlidir.

banner

Oxşar Xəbərlər