• şənbə, 20 Aprel, 12:31
  • Baku Bakı 23°C

Sinan Oğan: “Türkiyədə sabitlik Azərbaycan, Türk dünyası, Turan üçün vacibdir”

26.05.23 09:02 372
Sinan Oğan: “Türkiyədə sabitlik Azərbaycan, Türk dünyası, Turan üçün vacibdir”

“Türkiyəndə sabitlik Azərbaycan, Qazaxıstan, Türk dünyası, Turan üçün vacibdir”.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu “Ata İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan deyib.

“Mən Zəngəzur dəhlizinə zərər vurmaq cəhdinin əleyhinəyəm. Qarabağda uğur qazanılıb, amma unutmaq olmaz ki, o uğuru boğmaq istəyən struktur var”, - Sinan Oğan bildirib.

O qeyd edib ki, HDP ilə bir araya gəlmək təbiətinə ziddir: “Bizi tənqid edirlər. Mən bir türk millətçisi olaraq HDP-nin tərəfini tutsam, özümü inkar etsəydim nə edərdim? HDP-nin “Kılıçdaroğlunu dəstəkləyirik” dediyi yerdə türk millətçisi olmayacaq.

Bir türk millətçisi olaraq “Səlahəddin Dəmirtaşa azadlıq” deyən, HDP-yə gözəllik verən bir quruluşun yanında olmağımız mümkün deyil, nə də olmayacaq. Mustafa Kamal Atatürkün masasında oturacaq prezidentin kürəyində heç vaxt HDP və ya PKK-nın kölgəsi olmayacaq, buna imkan verməyəcəyik”.

banner

Oxşar Xəbərlər