• cümə, 19 Aprel, 19:51
  • Baku Bakı 24°C

Samirə Əfəndi "Mata Hari" rəqsini benefisiarlarla birgə təkrarlayıb - FOTOLAR

18.03.23 17:07 1033
Samirə Əfəndi "Mata Hari" rəqsini benefisiarlarla birgə təkrarlayıb - FOTOLAR

Azərbaycanı “Avroviziya-2021” Mahnı Müsabiqəsində təmsil etmiş müğənni Samirə Əfəndi DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.

Kaspi.az xəbər verir ki, ifaçı müxtəlif yaradıcılıq studiyalarındakı təlim prosesini izləyərək, əl işlərinin hazırlanma qaydası ilə maraqlanıb. Samirə Əfəndi musiqi studiyasında benefisiarlarımızın məşq prosesinə qoşulub, onlarla birgə canlı ifa edib.

Uşaqlıqdan incəsənətə böyük həvəs göstərən müğənni təsviri- incəsənət studiyasında rəsm cəkib, bədii oymada ilk dəfə bacarığını sınayıb.

Kapoeyra studiyasında təlim prosesini izləyən müğənni benefisiarlarla birlikdə "Mata Hari" mahnısının məşhur rəqs səhnəsini məşq edib. Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qrupa daxil olan şəhid ailələlərinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslərə xidmət göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırda 172 benefisiar aktiv şəkildə 14 yaradıcılıq istiqaməti üzrə təlimlərdə iştirakını davam etdirir.

 

banner

Oxşar Xəbərlər