• cümə, 29 Mart, 20:00
  • Baku Bakı 14°C

Rusiyalı immunoloq: “Koronavirus yoxa çıxmayıb. Azərbaycanda və Rusiyada kəskinləşmə dövrü payızda olacaq”

05.04.22 13:35 2164
Rusiyalı immunoloq: “Koronavirus yoxa çıxmayıb. Azərbaycanda və Rusiyada kəskinləşmə dövrü payızda olacaq”
"Rusiyada payızda kəskinləşmə dövrünü gözləyirəm. Bu, yəqin ki, qonşu ölkələrdə, o cümlədən sizin ölkədə də baş verəcək”.
Bu barədə KEQ müqavilə-tədqiqat şirkətinin baş direktoru, rusiyalı ictimai səhiyyə eksperti, immunoloq, tibb üzrə fəlsəfə doktoru Nikolay Kryuçkov koronavirusla bağlı vəziyyəti Oxu.Az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, bu, yeni koronavirus xətlərinin gəlməsini və insidentin artımını gözləyə biləcəyiniz çox təhlükəli bir dövrdür:
"100 faizlik ehtimal deyil, amma belə risk var. Pandemiya ilə proaktiv şəkildə mübarizə aparmaq imkanı tapan ölkələr ən yaxşı effekti əldə edəcəklər”.
Ekspert həmçinin yoluxma hallarının azaldığını göstərən statistik rəqəmləri nəzərə alaraq, Azərbaycanda karantinin uzadılmasını məntiqli hesab etmir:
"Hesab edirəm ki, yoluxmanın aşağı düşmə tendensiyası davam edərsə, karantinin may və yay ayları üçün uzadılmasının mənası yoxdur. Maydan sentyabr ayına kimi mövsümi risk, o cümlədən sosial dinamika baxımından çox aşağıdır. Ancaq ictimai yerlərdə maskalar hələ də taxılmalı, həmçinin dezinfeksiyaedici vasitələrdən istifadə edilməlidir, bu aydındır. İnsanlar bunu başa düşməlidir. Xəstəliyi artıq keçirənlər də daxil olmaqla peyvənd və revaksinasiya vacibdir. Koronavirus problemi hələ həll olunmayıb, ona görə də kollektiv immuniteti zəiflətməmək lazımdır, ideal halda onu gücləndirmək daha yaxşıdır. Onda payıza qədər ölkə mümkün epidemiyaya hazır olacaq. Ancaq yoluxma sayı artmağa başlayarsa, o zaman karantin yenidən tətbiq edilməli olacaq, belə halda xəstəxanaya yerləşdirmə və ölümləri gözləməyə ehtiyac yoxdur”.
banner

Oxşar Xəbərlər