• cümə, 29 Mart, 03:56
  • Baku Bakı 7°C

"Real Madrid"in irqçiliyə məruz qalan futbolçusunun qırmızı vərəqəsi ləğv olunub

24.05.23 10:30 778
"Real Madrid"in irqçiliyə məruz qalan futbolçusunun qırmızı vərəqəsi ləğv olunub

İspaniya Kral Futbol Federasiyası (RFEF) "Real Madrid"in futbolçusu Vinisius Juniorun La Liqanın XXXV turunda “Valensiya” ilə oyunda aldığı qırmızı vərəqəni ləğv edib.

"Report" RFEF-nin rəsmi saytına istinadən xəbər verir ki, uzun müzakirələrdən sonra qərar qəbul olunub.

Qarşılaşmanın baş hakiminin insident haqqında tam məlumata malik olmaması və matçın protokolunda epizodu düzgün qiymətləndirmədiyi səbəb kimi göstərilib.

Beləliklə, braziliyalı oyunçu bu gün "Rayo Valyekano" ilə görüşdə meydana çıxa bilər.

Qeyd edək ki, Vinisius Junior "Valensiya" ilə oyunda azarkeşlər tərəfindən irqçiliyə məruz qalıb. Qarşılaşmanın sonlarında rəqib futbolçularla davada iştirak edən vinger birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

banner

Oxşar Xəbərlər