• cümə axşamı, 25 aprel, 08:40
  • Baku Bakı 14°C

Ramos Ronaldu ilə eyni klubda çıxış edə bilər

31.01.23 10:39 2968
Ramos Ronaldu ilə eyni klubda çıxış edə bilər

PSJ-nin təcrübəli müdafiəçisi Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında və ya ABŞ-də davam etdirə bilər.

Mənbə iddia edir ki, futbolçunun gələcəyi Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə qarşılaşmalarından sonra müəyyənləşəcək.

İddia olunur ki, PSJ-dən ayrılan Ramos Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda və ya ABŞ-nin MLS liqasında çıxış edə bilər. Xatırladaq ki, “Real Madrid” komandasında Ramosla bir oynamış Kriştianu Ronaldu da hazırda Ərəbistan klubunun formasını geyinir. 

Qeyd edək ki, 36 yaşlı ispaniyalının Fransa klubu ilə müqaviləsi bu yay başa çatır.

banner

Oxşar Xəbərlər