• çərşənbə, 17 Aprel, 00:48
  • Baku Bakı 14°C

Qreqor Şpitsen: “Ərdoğan türk xalqına onun qürurunu qaytardı”

25.05.23 15:15 458
Qreqor Şpitsen: “Ərdoğan türk xalqına onun qürurunu qaytardı”

Ötən gün, mayın 24-də xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları prezident seçkisinin ikinci turu ilə əlaqədar öz seçimlərini həyata keçirdilər.

Ölkə xaricində ən çox seçici Almaniyada qeydiyyatdan keçib. Bu ölkədə Türkiyə vətəndaşlığında qalan 1,5 milyona yaxın insan var. 

Bəs Almaniyada Türkiyədəki seçki ilə bağlı səsvermə necə keçirildi, Almaniyadakı türklər niyə Rəcəb Tayyib Ərdoğanı seçirlər, alman mətbuatının və hakimiyyət orqanlarının bu səsverməyə reaksiyası necədir?

Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən almaniyalı jurnalist, siyasi elmlər doktoru Qreqor Şpitsen maraqlı faktlara toxunub.

Qeyd edək ki, ötən gün açıqlama vermiş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib ki, Almaniya hökuməti Türkiyə Mərkəzi Seçki Komissiyasına Almaniyanın bir neçə bölgəsində əlavə seçki qutularını quraşdırmağa icazə verməyib. Türkiyəli diplomatın sözlərinə görə, buna səbəb həmin bölgələrdə səslərin əksəriyyətinin hazırkı prezidentə verilməsidir. Türkiyəli nazir Almaniya hakimiyyətinin bu davranışını qərəzli addım kimi qiymətləndirib.

Öz növbəsində Qreqor Şpitsen də Mövlud Çavuşoğlunun iddiaları ilə tam razı olduğunu bəyan edib.
“Almaniyada yaşayan türklərin 65-70%-i Rəcəb Tayyib Ərdoğana səs verir, onu mütəmadi və ardıcıl dəstəkləyir. Mən Almaniyada yaşayan, amma Türkiyə vətəndaşlığını saxlayan elə bir türk tanımıram ki, Türkiyənin indiki prezidentinə səs verməsin”, - deyə almaniyalı jurnalist vurğulayıb.

Qreqor Şpitsen bunun səbəblərinə də aydınlıq gətirib:

“Fakt budur ki, Rəcəb Tayyib Ərdoğan Almaniyadakı bir çox türk üçün türk milli kimliyinin təcəssümüdür. Bu şəxs türk xalqına öz söy-kökü, tarixi, mədəniyyəti ilə bağlı qürur hissini qaytarmağı bacarmış şəxsiyyətdir. Türkiyənin hazırkı prezidentinin rəqibləri isə öz seçicilərinə həddindən artıq beynəlxalq siyasi məhsul təklif edirdilər.

Bunu sizə izah etmək istərdim. Misal üçün, mən Rusiyada doğulmuş bir alman kimi Berlini sevmirəm. Bu şəhərdə praktiki olaraq almanlara aid heç nə yoxdur, Berlin tamamilə beynəlmiləl bir şəhərdir. Almaniyadakı türklər Türkiyənin Berlin kimi olmasını istəmirlər. İstanbulda olan Avropa mühiti türklər üçün kifayət edir. Digər bölgələr isə Türkiyə olaraq, yəni insanların onu sevdiyi, görmək istədiyi kimi qalmalıdır. Türk seçicilər Türkiyənin Yaxın Şərq regionu üçün tarixi rolunun bərpasından çox təsirlənirlər”.

banner

Oxşar Xəbərlər