şənbə, 03 Iyun, 22:08

Baku Bakı 27°C

Qızıl ucuzlaşıb

icon 544 icon 24 mart 2023 | 13:03 Qızıl ucuzlaşıb

Dünya bazarında qızılın qiyməti dünənki 2,4 %-lik sıçrayışdan sonra stabilləşərək bu səhər bir qədər ucuzlaşıb.

Bu barədə “Report” hərracın məlumatlarına əsasən xəbər verir.

Nyu Yorkun “Comex” birjasında qızılın aprel fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 2,2 ABŞ dolları və ya 0,11 % ucuzlaşaraq 1 993,7 ABŞ dolları olub.

Gümüşün may fyuçersləri isə bu dəfə 0,15 % artaraq bir unsiya üçün 23,29 ABŞ dolları təşkil edib.