• çərşənbə, 24 Aprel, 08:01
  • Baku Bakı 13°C

Qazinin çənəsini sındıran idmançı barədə məhkəmə həbs qərarı verib

08.05.23 14:01 507
Qazinin çənəsini sındıran idmançı barədə məhkəmə həbs qərarı verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayevi vuraraq çənəsini sındıran Rəvan Nəbizadə barəsində 1 ay müddətinə qətimkan tədbiri seçilib.

R.Nəbizadə barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

Toplanan sənədlər Binəqədi Rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarı ilə R.Nəbizadə 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş müharibə veteranı Namiq Babayev xidməti vəzifəsini yerinə yetirərkən qəbula gəlmiş vətəndaş Rəvan Nəbizadə tərəfindən fiziki və mənəvi hücuma məruz qalmışdır.

Döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı, sağlamlığı ilə bağlı probleminin müşahidə edilmədiyi və əlillik dərəcəsi almaq üçün Komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib.

Dövlət qurumunun fəaliyyətinə mane olmağa çalıṣan, Komissiya əməkdaşlarına qarşı kobud hərəkətlər edən Rəvan Nəbizadə, eyni zamanda, vətəndaşlar üçün nəzərdə tutulan yerdə deyil, əməkdaşa məxsus oturacaqda əyləşmiş, 44 günlük Vətən müharibəsində yaralandığı üçün II dərəcə əlilliyi müəyyən olunmuş baş təlimatçı, Qarabağ qazisi Namiq Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq müvafiq izahat verdiyi zaman isə ona qəfil hücum çəkmiş, Dövlət qurumunun əməkdaşına yumruq zərbələri vuraraq, ona ağır bədən xəsarəti yetirmişdir.

Nəticədə Komissiyanın əməkdaşı, müharibə veteranı Namiq Babayevin çənə sümüyü 2 yerdən sınmış, dişləri qırılmış və o tibb müəssisəsinə müalicəyə, aĝır əməliyyata göndərilmişdir.

banner

Oxşar Xəbərlər