• cümə axşamı, 28 mart, 18:33
  • Baku Bakı 13°C

Putin Moskva hadisələrində yerli hakimiyyəti günahlandırdı

22.10.13 16:58 7463
Putin Moskva hadisələrində yerli hakimiyyəti günahlandırdı
Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvanın Qərbi Biryulevo rayonunda baş verənlərə münasibət bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, V. Putin Millətlərarası münasibətlər üzrə Şuranın iclasında çıxış edib. O bildirib ki, millətlərarası münasibətlər zəminində ixtilaflar adətən yerlərdən başlayır və onların qarşısını vaxtında almaq lazımdır:
“Yerlərdə rəhbərlər təəssüf ki, çox vaxt kabinet işinə üstünlük verirlər. Bunun heç bir faydası yoxdur, ya da faydası çox azdır. Məsələn, Biryulevoda, sizin bildiyiniz kimi, sakinlərin narazılığı illərlə yığılıb qalıb. Polisə, yerli hakimiyyətə müraciətlər olub. Yerlərdəki vəziyyəti olduğu kimi öyrənmək istəməyən, insanları eşitməyən və hər hansı tədbir görməyən hakimiyyət nəyə lazımdır?!”
V. Putin regionlarda millətlərarası münasibətlərin monitorinqi və mümkün münaqişələr haqda xəbərdarlıq sisteminin yaradılmasının zəruriliyini vurğulayıb: “Regionlarda vahid metodoloji əsasda millətlərarası münasibətlərin monitorinqi, risklərin qiymətləndirilməsi, mümkün münaqişələr barədə xəbərdarlıq sisteminin yaradılması vacibdir”.
Rusiya prezidenti xatırladıb ki, onun təlimatı ilə artıq ölkənin cənubunda və Privoljsk federal dairəsində millətlərarası münasibətlərin monitorinqini təmin edən elmi mərkəz yaradılıb: “Hesab edirəm ki, bütün regionlarda bizim akademik məktəbimizin zəngin təcrübəsindən istifadə etmək, vətəndaş cəmiyyəti institutları və milli-mədəni birliklərlə dialoq aparmaq lazımdır”.
banner

Oxşar Xəbərlər