• çərşənbə, 24 Aprel, 03:38
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev Ersin Tatarı qəbul edib - VİDEO

09.08.22 19:30 645
Prezident İlham Əliyev Ersin Tatarı qəbul edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

Kaspi.az-ın məlumatına görə, görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulandı. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edildi.

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunuldu.

banner

Oxşar Xəbərlər