• cümə axşamı, 25 aprel, 00:17
  • Baku Bakı 19°C

Polkovnik: Ermənistan mina terroruna görə məsuliyyətə cəlb olunmalıdır

18.03.23 12:30 488
Polkovnik: Ermənistan mina terroruna görə məsuliyyətə cəlb olunmalıdır

Ermənistan mina terroruna görə məsuliyyətə cəlb edilməli, beynəlxalq qanunlar qarşısında cavab verməlidir.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik deyib ki, 44 günlük Vətən müharibəsindən iki ildən çox vaxt ötsə də, Ermənistan yenə də ölkəmizə qarşı mina terrorunu davam etdirir. Ötən gün Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində iki mülki şəxsin minaya düşərək həlak olması Ermənistanın mina terrorunun miqyasını və doğurduğu təhlükəni bir daha göstərdi. Xatırladım ki, müharibədən sonra ümumilikdə 300 nəfərə yaxın şəxs Ermənistanın mina terrorunun qurbanı olub. Bu faktın özü Ermənistanın mina terrorunu getdikcə genişləndirdiyini, bu terrorun fəsadlarının yaxın gələcəkdə də daha da arta biləciyini göstərir”.

Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Ermənistan ölkəmizə qarşı əsasən özündə istehsal edilən minalardan istifadə edir: “Müvafiq dövlət qurumlarının apardıqları araşdırma nəticəsində məlum olub ki, aşkarlanan minaların bir çoxu 2021-2022-ci illərdə Ermənistanda istehsal edilib. Bu isə o deməkdir ki, həmin minalar müharibədən sonra basdırılıb. Bu fakt göstərir ki, rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil və sadəcə imitasiya ilə məşğuldur. İrəvan terror və təxribatlar vasitəsi ilə Azərbaycanı zəiflətməyə, postmüharibənin dövrünün reallıqlarını dəyişməyə çalışır”.

Cəlil Xəlilov vurğulayıb ki, Ermənistanın törətdiyi mina terroru rəsmi İrəvanın beynəlxalq qanunlar və konvensiyalar əsasında məsuliyyətə cəlb olunmasını zəruri edir: “Azərbaycan bu günədək beynəlxalq ictimaiyyətə Ermənistanın mina terroru ilə bağlı çoxsaylı faktlar, foto-video materiallar təqdim edib. Bu faktların hər biri Ermənistanın beynəlxalq qanunlar əsasında məsuliyyətə cəlb edilməsi üçün kifayətdir. Ancaq təəssüf ki, beynəlxalq birlik bu məsələdə hələ ki, susur və bu susqunluq anlaşılan deyil. Dünya birliyi, beynəlxalq təşkilatlar bu terroru dayandırmaq üçün Ermənistanı məsuliyyətə cəlb etməli, ona qarşı konkret təzyiq mexanizmini işə salmalıdır. Ermənistanı mina terrorundan yalnız beynəlxalq birliyin gücü və təzyiqi ilə çəkindirmək mümkündür”.

banner

Oxşar Xəbərlər