• cümə axşamı, 08 may, 09:24
  • Baku Bakı 18°C

Əmlakı icarəyə verən hüquqi şəxsin hansı vergi öhdəlikləri yaranır?

25.07.22 19:30 1203
Əmlakı icarəyə verən hüquqi şəxsin hansı vergi öhdəlikləri yaranır?

Daşınmaz əmlakın icarəyə verilməsindən gəlir əldə edən hüquqi şəxs hansı növ vergiləri ödəməlidir?

Dövlət Vergi Xidmətindən Kaspi.az-a bildirilib ki, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin bu fəaliyyətləri ilə bağlı sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığından, hüquqi şəxslər tərəfindən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər mənfəət vergisinə cəlb edilir.

Həmçinin qeyd olunub ki, hüquqi şəxsin ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olduqda, növbəti ayın ilk 10 günü ərzində həmin vergiödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və göstərdiyi xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir.

banner

Oxşar Xəbərlər