• cümə axşamı, 28 mart, 14:38
  • Baku Bakı 16°C

Millət vəkili: Qərbi Azərbaycan İcması olaraq buna qarşı çıxacağıq

28.01.23 20:45 689
Millət vəkili: Qərbi Azərbaycan İcması olaraq buna qarşı çıxacağıq

Dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycanlılar İcmasının bir qrup nümayəndəsi ilə görüşündə Qərbi Azərbaycana qayıdış Konsepsiyasının hazırlanması vəzifəsini qarşıya qoydu. Elə həmin vaxtdan dərhal bu Konsepsiyanın hazırlanmasına başlanıldı. Bir ayın tamamında Konsepsiyanın əsas müddəaları hazırlanaraq yekun sənəd ortaya qoyuldu. Bu Konsepsiya, əslində, bir çərçivə sənədidir. Burada son 200 ildə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıtması prosesində İcmanın fəaliyyətinin ümumi prinsipləri öz əksini tapıb. Yanvarın 25-də Müşahidə Şurasının təsdiqindən sonra Konsepsiya İcmanın əsas sənədlərindən birinə çevrilib. Bu sənəddə son 200 ildə tarixi torpaqlarından qovulmuş soydaşlarımızın geriyə qayıdışının bir çox məqamları öz əksini tapıb.

Bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

İcma sədri qeyd edib ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapan məqamlardan biri insanlarımızın öz kəndinə, rayonuna, 1988-ci ilə qədər yaşadığı ərazilərə köçürülməsi istəyi ilə bağlıdır. Amma burada bir incə məqam ondan ibarətdir ki, 1988-ci ilə qədər həmin soydaşlarımız demək olar bütün Qərbi Azərbaycan boyu yaşayıblar. Ən azı ilkin mərhələdə o insanların bütün Qərbi Azərbaycan, indiki Ermənistan ərazisi boyu köçürülməsi təbii ki, xoşagəlməz nəticələr verə bilər. Ermənistan dövləti belə bir addım atsa, Qərbi Azərbaycan İcması olaraq buna qarşı çıxacağıq. Əsas hədəfimiz insanların ilkin mərhələdə daha təhlükəsiz bölgələrə köçürülməsi olacaq. Bu isə bizim nəzərimizdə Azərbaycanla sərhəd rayonlarda yerləşən, xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazisi ilə sərhəddə Qərbi Zəngəzur, Dərələyəz, Göyçə mahalı və Qaraqoyunlu dərəsi ola bilər. Soydaşlarımızın ilkin mərhələdə həmin ərazilərə köçürülməsi daha təhlükəsiz, zəmanətli və təminatlı olar. (Azərtac)

banner

Oxşar Xəbərlər