• cümə axşamı, 28 mart, 18:57
  • Baku Bakı 13°C

Metyu Miller: “Azərbaycanla Ermənistan arasında danışıqlar ABŞ üçün prioritet olaraq qalır”

26.05.23 09:15 316
Metyu Miller: “Azərbaycanla Ermənistan arasında danışıqlar ABŞ üçün prioritet olaraq qalır”

“Azərbaycanla Ermənistan arasında danışıqlar ABŞ üçün prioritet olaraq qalır”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

Mayın 25-də Moskvada baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşünə münasibət bildirən M. Miller Azərbaycanla Ermənistan arasında razılıq əldə olunana qədər ABŞ-ın danışıqları dəstəkləməkdə davam edəcəyini deyib:

“ABŞ Dövlət katibi bir neçə həftə əvvəl Vaşinqtonda iki tərəfi də salamlayıb. Daha sonra Brüsseldə danışıqlar davam edib və davam edən danışıqları dəstəkləyirik. Daha öncə dediyimiz kimi, razılığın əldə olunduğuna inanırıq və həll edilməmiş olan bəzi məsələlərdə ortaq razılığa gəlmək üçün iki tərəfi birgə işləməyə davam etməyə çağırırıq”.

banner

Oxşar Xəbərlər