• cümə, 29 Mart, 02:05
  • Baku Bakı 7°C

Latviyada növbəti tədris ili üzrə təhsil almaq imkanı

04.02.23 23:59 804
Latviyada növbəti tədris ili üzrə təhsil almaq imkanı

Latviya 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə təqaüd proqramı elan edib.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər aprelin 1-dək müraciət edə bilərlər.

Namizədlərin müraciətlərinə baxıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.

banner

Oxşar Xəbərlər