• cümə axşamı, 28 mart, 12:47
  • Baku Bakı 16°C

Korrupsiya ilə mübarizə və şəffaflığın təmin edilməsi məsələləri müzakirə edilib

26.11.22 16:45 1003
Korrupsiya ilə mübarizə və şəffaflığın təmin edilməsi məsələləri müzakirə edilib

“Vergiler.az” saytının təşkilatçılığı ilə “Korrupsiya ilə mübarizə və şəffaflığın təmin edilməsi: Dövlət Vergi Xidmətində görülən işlər” mövzusunda dəyirmi masa keçirilib.

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, dəyirmi masada “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər, Xidmətin bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.

Dəyirmi masa iştirakçıları dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılmasının, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə ictimai maraq doğuran məsələlər, həmçinin müəyyən edilmiş hədəflərlə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri, müstəqil ekspertlər, ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

banner

Oxşar Xəbərlər