• cümə, 29 Mart, 10:04
  • Baku Bakı 5°C

Kök xolesterin səviyyəsini tarazlaşdırmağa kömək edir

27.05.23 21:45 3359
Kök xolesterin səviyyəsini tarazlaşdırmağa kömək edir

Kök qiymətli qida maddələri mənbəyidir. AZƏRTAC tibbi saytlara istinadla bu meyvəköklünün faydalı xüsusiyyətləri barədə məlumatı çatdırır.

Kök – karotinoidlərin zəngin mənbəyidir. Kökün tərkibində olan karotinlərin təxminən 80 faizi bağırsağımızda A vitamininə çevrilən beta-karotin növünə aiddir. Karotinoidlər həmçinin yaxşı fəaliyyət göstərən immun sisteminin dəstəklənməsində köməklik edirlər, onlar dəri və sağlam yaşlanmaq üçün vacibdir, selikli qişaların yaxşı vəziyyətini qoruyub saxlayırlar.

Kök xolesterin vəziyyətinə təsir edir. Kök lif, eləcə də C vitamini mənbəyidir, onlar damar və ürəyin vəziyyətinə müsbət təsir edir. Çiy kökün qəbul edilməsi qanda xolesterin balansını yaxşılaşdırmağa, artıq çəkidən azad olmağa kömək edir.

Çox vaxt kökün təbii şəkər və karbohidratlar mənbəyi kimi rasiondan xaric edilməsi məsləhət görülür. Lakin çiy kök azkalorilidir, tərkibində lif, su var, konfetə yaxşı alternativ ola bilər, onun qəbul edilməsi rasionda əlavə edilmiş şəkərin miqdarını azaltmağa kömək edir (insanlarda artıq çəkinin əsas səbəblərindən biridir).

Kök xərçəngin inkişafı riskini də azaldır. Bu meyvəkökü bitki birləşmələri ilə zəngindir ki, onların qəbulu xərçəng inkişafının azaldılmış riski ilə əlaqəlidir. Xüsusilə, bildirilir ki, mütəmadi olaraq yüksək dozada karotinoid qəbul edən qadınlarda süd vəzi xərçəngi riski əhəmiyyətli dərəcədə azala bilər.

Kök, həmçinin bağırsağın sağlamlığını dəstəkləyir. Çiy kök lifi yaxşı fermentləşdirilir – bu tərəvəz faydalı bağırsaq bakteriyaları üçün “yanacaq” olaraq, bağırsaq üçün prebiotik rolunu oynayır. Bu bakteriyalardan bir çoxu qısa zəncirlə yağlı turşular istehsal edir ki, onlar təkcə bağırsaq üçün deyil, həm də bütövlükdə sağlamlıq üçün faydalıdır.

banner

Oxşar Xəbərlər