• cümə, 19 Aprel, 15:08
  • Baku Bakı 25°C

Kimyaçı alim “İstinadda rekord” diplomu ilə təltif olunub

28.03.23 18:15 506
Kimyaçı alim “İstinadda rekord” diplomu ilə təltif olunub

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “İstinadda rekord” diplomuna layiq görülüb.

Bu barədə institutdan məlumat verilib.

Bildirilib ki, Əfsun Sucayevin ümumilikdə 130 elmi əsəri çap olunub. Onlardan biri monoqrafiya, 2-si patent, 80-i məqalə, qalanları konfrans materialı-tezisdir. Məqalələrin 50-si “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan yüksək resenziyalı xarici jurnallarda çap edilib. “ResearchGate” və “Google Scholar Citations” qlobal informasiya şəbəkələrindən götürülən məlumatlara görə, tədqiqat sahəsi üzrə 60 elmi əsəri müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olub və onlara 1386 istinad edilib. H-indeksi 21-dir.

banner

Oxşar Xəbərlər