bazar ertəsi, 02 oktyabr, 11:41

Baku Bakı 18°C

İsxak Hersoq İlham Əliyevə səmimi qarşılamaya görə təşəkkür edib

icon 133 icon 30 may 2023 | 17:15 İsxak Hersoq İlham Əliyevə səmimi qarşılamaya görə təşəkkür edib

Azərbaycanda səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq səmimi qarşılamaya görə Prezident İlham Əliyevə təşəkkür edib.

Bu barədə o, özünün “Twitter” hesabında paylaşım edib.

“İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır. Xalqlarımız arasındakı münasibətlər sülh və əməkdaşlıq yolunu seçən digər ölkələr üçün örnəkdir, həmçinin müsəlmanlar və yəhudilər arasında dostluq münasibətlərinin nümunəsidir”, - deyə İsxak Hersoq əlavə edib.