• çərşənbə, 24 Iyul, 13:13
  • Baku Bakı 31°C

İsrail Prezidenti: "Azərbaycana səfər etməkdən böyük şərəf duyuram"

30.05.23 13:01 775
İsrail Prezidenti: "Azərbaycana səfər etməkdən böyük şərəf duyuram"

“Azərbaycana səfər etməkdən böyük şərəf duyuram. Biz buraya açıq ürəklə, ölkələrimiz arasında böyük dostluq münasibəti ilə gəlmişik”.

"Report" xəbər verir ki, bunu İsrail Prezidenti İsxaq Hersoq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşündə deyib.

"Sizin qeyd etdiyiniz bir çox sahələr üzrə müzakirə olunacaq hələ çox şey var. Məncə, bu, bir çox səviyyələrdə xalqlarımıza bir mesajdır. Birincisi, hesab edirəm ki, bu, yəhudilər və müsəlmanların birlikdə çox şey edə biləcəklərinə dair mesajdır. Əgər onlar sülhə, açıq dialoqa doğru birlikdə irəliləsələr, birlikdə dünyaya xeyir gətirə bilərlər. İkincisi, bu, strateji münasibətdir, çünki biz bütün regiona sülh, firavanlıq və inkişaf istiqamətində təsir göstəririk. Buna görə sizə minnətdarlığımı bildirirəm”, - İsrail Prezidenti deyib.

banner

Oxşar Xəbərlər